Hello?

Özümü qismən vicdanlı biri hesab edirəm. Daha doğrusu ürəyinin səsinə qulaq asan və ondan çəkinən biri. Məsələn, bəzən divanda yayılıb telefona gözümü zillədiyim vaxtlarda bir anda mənə elə gəlir ki, nənəm qapının ağzında dayanıb qınayan gözlərlə mənə baxır. Onda ayağa qalxıb işimlə məşğul olmağa gedirəm. Ya da məsuliyyətsizlik etdiyim vaxtlarda içimdə bir səs məni qınayır…

CLEMENTİNA

Bir dəqiqəlik sükutu çox görməyin və dayanın. Sizə demirəm ki, anlamağa çalışın sadəcə dayanın və icazə verin sizə öz düşüncələrimi açım. Tələsməyinizə  ehtiyyac yoxdur çünki hər cümlədə dayanıb düşünməyinizi istəyirəm.

“Kim mənə lazımdır?” düşüncəsi

Elə hisslər var ki, onlar digərləri kimi deyil. Elə dibdə və dərindədirlər ki, hiss etmək istəmirsən. Heç olmamış və sənə aid deyilmişlər kimi. Elə hisslər ki, qəlb məzarlığında çoxdan basdırdığın və əzabdan başqa heç nə verməyən. Ağlarkən gülməyə çalışdınmı sən?

“Quyu dibi canavarı” (1)

  İnsanlar onları sevə biləcək və onların da sevə biləcəyi birilərini axtarırlar. Xoşbəxtlik, əyləncə, şan-şöhrət və s. onlar üçün hər şeydən daha önəmlidir.   Bu  ən normal hala çevrilib. Lakin o -quyu dibi canavarı – başqalarını özündən uzaqlaşdıraraq və   quyusunun dibinə çəkilərək sükuta qarışmışdır.  Ta ki, günlərin bir günü yad biri gəlib öz sirrini quyuya pıçıldayana…

“Bohemian”

       Kiçik bir uşaq ikən həyatımız oyundan və şənlikdən ibarət olur. Qayğısını çəkəcəyimiz məsuliyyətlərimiz olmur. Arxamızca yır-yığış edən valideynimiz olur. Önəmsədyimiz tək şey əyləncə olur.

Frida Kahlo kimdir?

1907-1954-cü  illərdə yaşamış olan Kahlo,  Meksikalı bir rəssamdır. Çəkdiyi insan sürətləri ilə dünyaca məhşurdur.  

“Məktub”

Salam köhnə dərd yoldaşım. Bütün fikirlərimi dinləyən təkcə sənsən. Çünki ikimiz də bilirik ki, əslində fikirlərimiz bizdən başqa heç kimə lazım deyil. Bu lap, yad birinin ölümü qədər önəmsizdir insanlar üçün.

Audrey Kawasaki Art

Audrey Kawasaki Los Angelesli gənc qadın rəssamdr. Fərqli, erotik məzmunlu gənc qadın portretləri ilə məhşurdur.